Dünya

ABŞ-də Çin agentlərinə qarşı ciddi nəzarət: Kommunist casuslar təqib altında

12 Oct 2026, 15:36 3 baxış
ABŞ-də Çin agentlərinə qarşı ciddi nəzarət: Kommunist casuslar təqib altında
Tayvan lideri Lai Çinq-Tenin Kaliforniyada məskunlaşan ailə üzvlərini izləməkdə təqsirləndirilən bir qadının həbs edilməsi Çinin ABŞ-dəki kəşfiyyat əməliyyatları ilə bağlı müzakirələri yenidən alovlandırıb. Oxu.Az "Haber Global"a istinadən xəbər verir ki, hərbi sirlərin sızdırılmasından tutmuş siyasi təsir cəhdlərinə qədər uzanan müxtəlif məhkəmə işləri Vaşinqtonun Pekinə qarşı təhlükəsizlik narahatlıqlarını daha da dərinləşdirir.
Tayvan liderinin ailəsinin izlənmə ehtimalı Oktyabrın 4-də ABŞ-də saxlanılan Vanyinq Janqın (digər adı ilə Hizer Janq) Tayvan lideri Lai Çinq-Tenin bu ölkədə yaşayan ailə üzvlərinə qarşı casusluq etdiyi iddia olunur. ABŞ rəsmilərinin məlumatına əsasən, Janq 2025-ci ildə çinli bir vəzifəlinin təlimatı ilə həmin şəxslərin şəkillərini və videolarını çəkib, həmçinin avtomobil nömrələri barədə detalları ona ötürüb. Şübhəli şəxs Çinə yola düşmək istəyərkən Los-Anceles hava limanında saxlanılıb. İrəli sürülən ittihamlar hələlik məhkəmə tərəfindən tam təsdiqini tapmayıb.
ABŞ-də Çinlə əlaqəli 60-dan çox məhkəmə işi ABŞ Nümayəndələr Palatasının Daxili Təhlükəsizlik Komitəsi tərəfindən 2025-ci ilin fevralında dərc edilən hesabatda 2021-ci ilin yanvarından 2025-ci ilin fevralına qədər 20 ştatda Çin Kommunist Partiyası ilə əlaqəli 60-dan çox casusluq və sərhədaşırı təzyiq halı qeydə alınıb. Bu işlərə hərbi məlumatların ötürülməsi, kommersiya sirlərinin mənimsənilməsi, Çin hökumətini tənqid edənlərin hədəfə alınması və ədalət mühakiməsinə mane olma kimi fərqli iddialar daxildir. Qeyd olunan rəqəm sadəcə bir casus şəbəkəsini yox, müxtəlif xarakterli hadisələrin məcmuəsini əks etdirir.
Yerli siyasətdə Çinin xeyrinə təsir iddiası Kaliforniyanın Arkadiya şəhərinin sabiq meri Eylin Vanq 2026-cı il mayın 29-da Çin hökumətinin qeydiyyatsız agenti kimi fəaliyyət göstərmək ittihamını etiraf edib. Məlumata görə, Vanq və onun nişanlısı 2020-2023-cü illər ərzində Çinə meyilli materiallar paylaşan bir veb-sayt vasitəsilə iş aparıblar. Keçmiş merin nişanlısı Çin adından gizli agent kimi fəaliyyət göstərdiyinə görə 2026-cı ilin fevral ayında dörd il müddətinə azadlıqdan məhrum edilib. Jurnalistə Çinə casusluğa görə cəza Digər bir məhkəmə işində Çində yaşamış və dövlət mediasında "Tom Makqreqor" təxəllüsü ilə məqalələr yazmış ABŞ-li jurnalist II Tomas Veyr Paukenin adı hallanır. Pauken Çin Dövlət Təhlükəsizliyi Nazirliyi ilə əlaqəli bir şəxsin təlimatı əsasında yeddi il ərzində qeyri-qanuni casusluq etdiyini boynuna alıb. O, 2026-cı il sentyabrın 1-də iki il həbs və üç il sınaq müddəti cəzasına məhkum olunub.
Hərbi məlumatlar da hədəfdədir Çinlə bağlı casusluq işlərinin başqa bir aspektini hərbi sirlər təşkil edir. ABŞ Hərbi Dəniz Qüvvələrinin sabiq əməkdaşı Jinçao "Patrik" Vey hərbi gəmilərlə bağlı həssas müdafiə sirlərini Çinə satdıqdan sonra 16 ildən çox müddətə həbs cəzası alıb. ABŞ Ədliyyə Nazirliyinin məlumatına əsasən, Vey bu gizli detallar müqabilində 12 min dollar vəsait əldə edib. Bu fakt Vaşinqtonun təhlükəsizlik təşvişlərinin təkcə siyasi təsir və izləmə ilə deyil, həm də hərbi məlumatların qorunması ilə birbaşa bağlı olduğunu nümayiş etdirir.
ABŞ-də Çin agentlərinə qarşı ciddi nəzarət: Kommunist casuslar təqib altında ABŞ-də Çin agentlərinə qarşı ciddi nəzarət: Kommunist casuslar təqib altında ABŞ-də Çin agentlərinə qarşı ciddi nəzarət: Kommunist casuslar təqib altında ABŞ-də Çin agentlərinə qarşı ciddi nəzarət: Kommunist casuslar təqib altında ABŞ-də Çin agentlərinə qarşı ciddi nəzarət: Kommunist casuslar təqib altında ABŞ-də Çin agentlərinə qarşı ciddi nəzarət: Kommunist casuslar təqib altında ABŞ-də Çin agentlərinə qarşı ciddi nəzarət: Kommunist casuslar təqib altında ABŞ-də Çin agentlərinə qarşı ciddi nəzarət: Kommunist casuslar təqib altında
Mənbə oxu.az

Oxşar Xəbərlər