İdman

"Mançester Yunayted"lə "Tottenhem" qalibi müəyyənləşdirə bilmədilər - Video

10 Oct 2026, 23:08 2 baxış
"Mançester Yunayted"lə "Tottenhem" qalibi müəyyənləşdirə bilmədilər - Video
İngiltərə Premyer Liqasının 6-cı turunda "Mançester Yunayted" doğma meydanda "Tottenhem"lə 1:1 hesablı heç-heçə edib. Oxu.Az xəbər verir ki, "Old Trafford" stadionunda keçirilən görüşdə Brayan Mbeumo 73-cü dəqiqədə hesabı açıb.

78-ci dəqiqədə "Tottenhem"in yarımmüdafiəçisi Rodriqo Bentankur qırmızı vərəqə alaraq meydandan qovulub. Rəqibin azlıqda qalmasına baxmayaraq, "Mançester Yunayted" üstünlüyünü qoruya bilməyib. Dominik Solanke 90+2-ci dəqiqədə baş zərbəsi ilə hesabı bərabərləşdirib. Altı turdan sonra altı xal toplayan "Mançester Yunayted" turnir cədvəlinin 12-ci pilləsindədir. Üç xalı olan "Tottenhem" isə 18-ci yerə yüksəlib.
Mənbə oxu.az

Oxşar Xəbərlər