Digər
Misir Ər-Riyada uçuşları dayandırdı
Misirin milli aviaşirkəti olan “EgyptAir” Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada uçuşları dayandırıb.
Axar.az xəbər verir ki, bu barədə aviaşirkət məlumat yayıb.
Qeyd edək ki, ötən gün Ər-Riyadda Kral Xalid Beynəlxalq Hava Limanı yaxınlığında partlayış baş verib. Partlayışa husilərin hücumunun səbəb olduğu bildirilir.
Mənbə
axar.az