Digər

Çin və Avropa Birliyi razılığa gəldi: İxrac azaldılır...

11 Oct 2026, 00:17 3 baxış
Çin və Avropa Birliyi razılığa gəldi: İxrac azaldılır...

Çin Avropa Birliyi (AB) ilə ticarət mübahisəsi çərçivəsində hibrid avtomobillərin Avropaya ixracının azaldılması barədə razılığa gəlib.


Axar.az xəbər verir ki, bu barədə AB-nin ticarət komissarı Maroş Şefçoviç Pekində Çinin ticarət naziri Vanq Ventao ilə danışıqlardan sonra bildirib.


Onun sözlərinə görə, qarşıdakı dörd il ərzində Çindən Avropaya ixrac edilən hibrid və “plug-in” avtomobillərin sayı bir neçə milyon ədəd azalacaq. Bu, tədarükün yarıdan çox azalmasına səbəb ola bilər.


Razılaşmanın Avropa, xüsusilə də Almaniya avtomobil istehsalçılarına Çin şirkətləri ilə rəqabətdə müəyyən imkanlar yaradacağı gözlənilir. AB-də yeni avtomobil qeydiyyatlarının 44 faizindən çoxunu hibrid və “plug-in” modellər təşkil edir.

Mənbə axar.az

Oxşar Xəbərlər