İdman

Bakıda DÇ-nin bayrağı Qazaxıstana təhvil verildi - Foto

10 Oct 2026, 22:57 3 baxış
Bakıda DÇ-nin bayrağı Qazaxıstana təhvil verildi - Foto

Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatı çərçivəsində Beynəlxalq Cüdo Federasiyasının (BCF) bayrağının təhvil-təslim mərasimi baş tutub.


Bu barədə Axar.az-a Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən bildirilib.


Milli Gimnastika Arenasında təşkil olunan mərasimdə Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli, BCF-nin baş katibi Lisa Allan və Qazaxıstan Cüdo Federasiyasının prezidenti Kuanışbek Yesekeyev iştirak ediblər.


BCF bayrağı arenadakı dirəkdən endirilərək əsas səhnəyə gətirilib. E.Məmmədli bayrağı L.Allana, o isə 2027-ci ildə dünya çempionatına ev sahibliyi edəcək Qazaxıstanın nümayəndəsi K.Yesekeyevə təhvil verib. Bununla da yarışa ev sahibliyi simvolik olaraq Bakıdan Astanaya keçib.


Mərasimin sonunda 2027-ci ildə Qazaxıstanın paytaxtında keçiriləcək dünya çempionatının təqdimat videosu nümayiş olunub.


Qeyd edək ki, Azərbaycan cüdoçuları Bakıda təşkil olunan dünya çempionatını 7 medalla (1 qızıl, 2 gümüş, 4 bürünc) başa vurub.

Mənbə axar.az

Oxşar Xəbərlər