Digər

Pakistan və Əfqanıstan sərhədində toqquşma

11 Oct 2026, 00:39 3 baxış
Pakistan və Əfqanıstan sərhədində toqquşma

Pakistan və Əfqanıstan sərhədində silahlı toqquşmalar baş verib.


Axar.az xəbər verir ki, bu barədə Əfqanıstan Silahlı Qüvvələrinin 203-cü Mənsuri Korpusunun sözçüsü Əbdül Haq Fidan məlumat yayıb.


Bildirilib ki, atışma Əfqanıstanın Paktiya əyalətinin Dand Pathan rayonunda, iki ölkə arasındakı Durand Xətti yaxınlığında baş verib.


Fidan atəşi Pakistan qüvvələrinin açdığını iddia edir.

Mənbə axar.az

Oxşar Xəbərlər