Dünya

Pakistan-Əfqanıstan sərhədində silahlı toqquşma

11 Oct 2026, 00:24 5 baxış
Pakistan-Əfqanıstan sərhədində silahlı toqquşma
Pakistan və Əfqanıstan sərhədində atışma baş verib. Oxu.Az xəbər verir ki, bu barədə "TOLO News" Əfqanıstan hərbçilərinə istinadən məlumat yayıb. Qeyd olunub ki, atışma Əfqanıstanın Paktiya vilayətinin Dand-Patan rayonunda, sərhəd xəttinin yaxınlığında baş verib. O iddia edib ki, atəşi ilk olaraq Pakistan qüvvələri açıb. Tərəflərin itkiləri barədə məlumat verilməyib. Qeyd edək ki, fevralın 26-da Pakistan və Əfqanıstan sərhədində döyüşlər baş verib. Kabil Əfqanıstan ərazisinə endirilən son Pakistan aviazərbələrinə cavab olaraq hərbi əməliyyat keçirdiyini açıqlayıb. Pakistanın müdafiə naziri Xavaca Asif isə ölkəsinin Əfqanıstandakı "Taliban" hökuməti ilə açıq silahlı qarşıdurma vəziyyətində olduğunu bildirib.
Mənbə oxu.az

Oxşar Xəbərlər