İdman

Cüdo üzrə dünya çempionatının bayrağı Qazaxıstana təhvil verilib - Foto

10 Oct 2026, 23:24 2 baxış
Cüdo üzrə dünya çempionatının bayrağı Qazaxıstana təhvil verilib - Foto
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatı çərçivəsində Beynəlxalq Cüdo Federasiyasının (BCF) bayrağının təhvil-təslim mərasimi keçirilib. Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb. Bildirilib ki, Milli Gimnastika Arenasında təşkil olunan mərasimdə Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli, BCF-nin baş katibi Liza Allan və Qazaxıstan Cüdo Federasiyasının prezidenti Kuanışbek Yesekeyev iştirak ediblər. BCF bayrağı arenadakı dirəkdən endirilərək əsas səhnəyə gətirilib. E. Məmmədli bayrağı L.Allana, o isə 2027-ci ildə dünya çempionatına ev sahibliyi edəcək Qazaxıstanın nümayəndəsi K.Yesekeyevə təhvil verib. Bununla da yarışa ev sahibliyi simvolik olaraq Bakıdan Astanaya keçib. Mərasimin sonunda 2027-ci ildə Qazaxıstanın paytaxtında keçiriləcək dünya çempionatının təqdimat videosu nümayiş olunub. Xatırladaq ki, Azərbaycan cüdoçuları Bakıda təşkil olunan dünya çempionatında fərdi mübarizəni 7 medalla (1 qızıl, 2 gümüş, 4 bürünc) başa vurub.
{{gallery}}
Cüdo üzrə dünya çempionatının bayrağı Qazaxıstana təhvil verilib - Foto Cüdo üzrə dünya çempionatının bayrağı Qazaxıstana təhvil verilib - Foto Cüdo üzrə dünya çempionatının bayrağı Qazaxıstana təhvil verilib - Foto
Mənbə oxu.az

Oxşar Xəbərlər