İdman
Azərbaycanın U-20 millisinin üzvü "Olimpiakos"un düşərgəsində
"Qarabağ" Akadamiyasının futbolçusu Əli İbrahim "Olimpiakos" klubunda təcrübə keçmək üçün Yunanıstana yollanıb. Oxu.Az xəbər verir ki, bu barədə "Report"a açıqlamasında Ağdam təmsilçisinin Futbol Akademiyasının meneceri Nail Kərimov bildirib. O, Azərbaycanın U-20 millisinin üzvünün hazırda Afinada olduğunu söyləyib: "Əli İbrahim şəxsi təşəbbüsü, bizim klubun da icazəsi ilə birhəftəlik "Olimpiakos"un düşərgəsinə yollanıb". N.Kərimov hücumçunun sözügedən kluba mümkün transferinə də toxunub: "Hazırda belə söhbət və ya müzakirə yoxdur. Futbolçumuz təcrübə keçmək üçün Yunanıstan təmsilçisinin düşərgəsindədir. Gələcəkdə əlavə nəsə olsa, danışa bilərik".
Mənbə
oxu.az