Dünya

PKK Türkiyədən tamamilə çıxdı

08 Oct 2026, 16:32 2 baxış
PKK Türkiyədən tamamilə çıxdı
Kürdüstan Fəhlə Partiyası (PKK) bütün silahlı birləşmələrinin Türkiyə ərazisindən çıxarılması prosesinin yekunlaşdığını bəyan edib. Oxu.Az bu barədə "Al Hadath" telekanalına istinadən xəbər verir. Məlumata görə, PKK nəinki Türkiyə daxilindəki, eləcə də sərhədə yaxın ərazilərdə yerləşən bütün silahlı qüvvələrini geri çəkib. Ankara tərəfindən qadağan olunmuş təşkilat kimi tanınan PKK 2025-ci ilin oktyabrında öz qüvvələrini Türkiyədən çıxarmaq qərarını açıqlamışdı. Bu proses mərhələli şəkildə icra edilib. 2025-ci ilin oktyabrında PKK toqquşma ehtimalı yüksək olan Türkiyə bölgələrindən qruplaşmalarını, bir neçə gün öncə isə geridə qalan qüvvələrini çıxarıb. Qeyd edək ki, 2025-ci il fevralın 27-də Türkiyədə ömürlük həbs cəzası çəkən PKK-nın yaradıcısı Abdullah Öcalan öz tərəfdarlarını silahı yerə qoymağa və silahlı mübarizəni dayandırmağa çağırmışdı. Həmin ilin may ayında isə PKK özünü buraxdığını və Ankara ilə silahlı qarşıdurmaya son qoyduğunu elan etmişdi. Ankaranın terror təşkilatı olaraq qəbul etdiyi Kürdüstan Fəhlə Partiyası 1984-cü ildən etibarən Türkiyə hakimiyyətinə qarşı silahlı mübarizə aparırdı.
Mənbə oxu.az

Oxşar Xəbərlər