Cəmiyyət
Azərbaycandan Gürcüstana kiloqramlarla qiymətli metal keçirmək istədi - Foto
"Qırmızı körpü" gömrük məntəqəsində məcburi bəyannamə tələb olunan çox sayda gümüş zinət əşyasının Gürcüstana keçirilməsinin qarşısı alınıb. Bu barədə Oxu.Az MB.ge nəşrinə istinadən məlumat verir.
Vergi xidmətinin məlumatına görə, Gürcüstan vətəndaşının idarə etdiyi yük maşınına ətraflı baxış zamanı 9 038 qram gizlədilmiş gümüş zinət əşyaları aşkar edilib. Bəyan edilməmiş malların ümumi gömrük dəyəri 38 289 lari təşkil edib. Qanunu pozan vətəndaşa qarşı iş Maliyyə Nazirliyinin İstintaq Xidmətinə göndərilib.

Mənbə
oxu.az