İdman

Meksikalı hakim qadağan olunmuş hərəkətdən sonra rinqdə öldü - Foto

08 Oct 2026, 14:20 3 baxış
Meksikalı hakim qadağan olunmuş hərəkətdən sonra rinqdə öldü - Foto
Meksikalı 75 yaşlı hakim Xerardo Pinyeda restler (güləşçi) Xose Anxel tərəfindən rinqə atıldıqdan sonra ölüb. Oxu.Az-ın xəbərinə görə, bu barədə "Azteca Noticias" portalı özünün "X" hesabında məlumat verib. Bildirilir ki, Meksikanın İdalqo ştatında keçirilən şou zamanı "Fişmanın oğlu" kimi tanınan restler Pinedaya ("El Buxo" ləqəbli) qarşı qadağan olunmuş martinete hərəkətini tətbiq edib. Bu, atılma variantı olan payldrayverin Meksikadakı adıdır - bu zaman rəqibi başıaşağı çevirib yerə yıxırlar, boyun və onurğa sütununa kritik yük yaradırlar.
Rinqə daxil olan həkimlər hakimin öldüyünü elan ediblər. Güləşçi Anxel saxlanılıb və ona qarşı qəsdən adam öldürmə ittihamı irəli sürülüb. Yaxın 24 saat ərzində onun hüquqi statusu müəyyən ediləcək.
Meksikalı hakim qadağan olunmuş hərəkətdən sonra rinqdə öldü - Foto Meksikalı hakim qadağan olunmuş hərəkətdən sonra rinqdə öldü - Foto
Mənbə oxu.az

Oxşar Xəbərlər