İdman
"Səbail" heyətini yeni futbolçu ilə gücləndirdi
"Səbail" futbol klubu heyətinə yeni futbolçu cəlb edib. Oxu.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, paytaxt təmsilçisi son olaraq Albaniyanın "Elbasani" klubunda çıxış etmiş kamerunlu Samuel Nongohla müqavilə imzalayıb.
Mənbə
oxu.az