Dünya

İstanbulda çökən binada aylarla əvvəl çatlar yarandığı üzə çıxdı - Video

08 Oct 2026, 17:00 3 baxış
İstanbulda çökən binada aylarla əvvəl çatlar yarandığı üzə çıxdı - Video
İstanbulun Maltəpə rayonunda yeddimərtəbəli binanın çökməsi ilə bağlı maraqlı kadrlar üzə çıxıb. Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sözügedən binanın aylar əvvəl çəkilmiş video görüntülərində tikilidə çatlar əmələ gəldiyi və getdikcə genişləndiyi bəlli olur.

Məlum olub ki, bina sakinləri şəhərsalma qurumu ilə bərpa prosesi üzrə ortaq məxrəcə gələ bilmədikləri üçün tikilinin söküntü və yenidənqurma mərhələsinə başlamaq mümkün olmayıb. Həmin binadakı obyektlərdən birini icarəyə götürən yerli sakin bildirib ki, daha əvvəl alt mərtəbədəki sütunların sıradan çıxdığını müşahidə edib. Lakin yeni uyğun yer tapa bilmədikləri üçün obyekti oradan köçürmədiklərini vurğulayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər