Cəmiyyət

Şəmkirdə bazarda ciddi nöqsanlar aşkarlandı - Foto

08 Oct 2026, 17:28 2 baxış
Şəmkirdə bazarda ciddi nöqsanlar aşkarlandı - Foto
Şəmkir şəhəri, 20 Yanvar küçəsində fəaliyyət göstərən, "Həbibli-1" MMC-yə məxsus bazarda yoxlama keçirilib. Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Bildirilib ki, bazarda sanitariya norma və qaydalarının, eləcə də texniki normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. Baxış zamanı ət, süd və balıq məhsullarının temperatur rejiminə əməl edilmədiyi, müşayiətedici sənədləri və mənşəyi məlum olmayan məhsulların satışa çıxarıldığı, məhsulların saxlanılması üçün xüsusi soyuducuların təmin edilmədiyi, müvafiq təmizlik işlərinin aparılmadığı və digər ciddi nöqsanlar aşkarlanıb. Faktla bağlı inzibati protokol tərtib olunub və bazarın fəaliyyəti nöqsanlar aradan qaldırılanadək nəzarətə götürülüb.
{{gallery}}
Şəmkirdə bazarda ciddi nöqsanlar aşkarlandı - Foto Şəmkirdə bazarda ciddi nöqsanlar aşkarlandı - Foto Şəmkirdə bazarda ciddi nöqsanlar aşkarlandı - Foto
Mənbə oxu.az

Oxşar Xəbərlər