Cəmiyyət
Dövlət qurumu oturacaq almağa 60 min manat xərcləyəcək
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyindəki qurumlardan biri 60 min manata oturacaqlar alacaq. Oxu.Az xəbər verir ki, "Su və Meliorasiya Kompleksinin layihələndirilməsi İnstitutu" publik hüquqi şəxsi (PHŞ) yeni oturacaqların satın alınmasını həyata keçirəcək. Qurum 200 ədəd yeni oturacaq almağı planlaşdırır. Oturacaqların alınması üçün 59 min 78 manat xərclənməsi nəzərdə tutulur.
Mənbə
oxu.az