Cəmiyyət

İtkin düşmüşlərlə bağlı Bakı Dialoqu: Yekun bəyannamə...

08 Oct 2026, 17:43 4 baxış
İtkin düşmüşlərlə bağlı Bakı Dialoqu: Yekun bəyannamə...

"İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi" mövzusunda Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfransın yekun bəyannamə qəbul edilib.


Axar.az xəbər verir ki, sənəd Konfransda keçirilən müzakirələrin nəticələrini və ortaq prioritetlərimizi - etimadın möhkəmləndirilməsi, humanitar əməkdaşlığın genişləndirilməsi və itkin düşmüş şəxslərin taleyini aydınlaşdırmaq üçün səmərəli mexanizmlərin işlənib hazırlanması əks etdirir.


Yekun Bəyannamə layihəsi dövlətləri şəxslərin itkin düşməsinin qarşısını almağa, itkin düşmüş şəxslərin axtarışı və taleyinin aydınlaşdırılması üçün tədbirlər görməyə, ailələri müvafiq məlumatlarla təmin etməyə, həmçinin, beynəlxalq təşkilatları, xüsusilə Birləşmiş Millətlər Təşkilatını silahlı münaqişə nəticəsində itkin düşmüş şəxslərlə xüsusi olaraq məşğul olan mexanizmin yaradılmasına köməklik göstərməyə çağırır.


Qeyd edək ki, tədbirin Proqramı 9 və 10 oktyabr tarixlərində Qarabağa səfərlə davam edəcək.


Konfransın tərkib hissəsi olan bu səfər münaqişənin humanitar fəsadlarını, axtarışların aparıldığı şəraiti, minalar və partlamamış hərbi sursatların yaratdığı çətinlikləri daha dərindən anlamağa imkan verəcək. Proqrama, həmçinin Xocalı Memorial Kompleksinə, Şuşa və Laçına səfərlər, azad edilmiş ərazilərdə yenidənqurma işləri ilə tanışlıq imkanı daxildir.

Mənbə axar.az

Oxşar Xəbərlər