İdman
Həmzət ona 1 milyon təklif etdi: Yeri de, döyüşək!
Birləşmiş Ərəb Əmirliklərini təmsil edən çeçen döyüşçüsü, orta çəkidə UFC titulunun keçmiş sahibi Həmzət Çimayev 84 kq-da çəki çempion, amerikalı Şon Striklendə revanş döyüşünü qəbul edəcəyi təqdirdə 1 milyon dollar təklif edib.
Axar.az Bakupost.az-a istinadən xəbər verir ki, Çimayev döyüş yerinin onun üçün fərq etmədiyini vurğulayıb:
“Striklend, sənə 1 milyon dollar ödəyəcəyəm. Mənə yeri de və döyüşək. Qəfəsdə olub-olmamağının fərqi yoxdur”.
Qeyd edək ki, UFC 328-in əsas döyüşündə Həmzət Şon Striklendlə səkkizbucaqlını bölüşmüşdü. Bu döyüşdə Həmzət rəqibinə məğlub olmuşdu.
Mənbə
axar.az