Digər

Rusiya "Auchan" anbarına zərbələr endirdi

08 Oct 2026, 01:18 2 baxış
Rusiya "Auchan" anbarına zərbələr endirdi

Rusiya hərbi qüvvələri Ukraynada “Auchan” (Aşan) hipermarketlər şəbəkəsinin anbarına zərbələr endirib.


Axar.az xəbər verir ki, bu barədə “Auchan” şirkətinin mətbuat xidmətinin məlumatında deyilir.


Hücum nəticəsində anbara zərər dəydiyi bildirilib. Xəsarət alan olmayıb.


Qeyd edək ki, Fransa mənşəli bu beynəlxalq pərakəndə satış şəbəkəsi müxtəlif formatlı (hipermarketlər, superstore və sürətli alış-veriş nöqtələri) mağazaları ilə xidmət edir.

Mənbə axar.az

Oxşar Xəbərlər