Cəmiyyət
Bakının bəzi ərazilərində qaz olmayacaq
Oktyabrın 8-də paytaxtın bir sıra ərazilərinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq. Oxu.Az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb. Təmir-bərpa işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Nizami rayonunun M.Abbasov, K.Balakişiyev, Nəsimi, Ə.Əzimzadə küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
Mənbə
oxu.az