Dünya

Səudiyyə Ərəbistanında iki hava limanına hücum: Ölənlər və yaralananlar var

08 Oct 2026, 00:24 3 baxış
Səudiyyə Ərəbistanında iki hava limanına hücum: Ölənlər və yaralananlar var
Səudiyyə Ərəbistanının iki beynəlxalq hava limanına təşkil edilən hücumlar nəticəsində üç nəfər həlak olub, daha 36 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Krallığın Mülki Aviasiya Baş İdarəsi məlumat yayıb. Departamentin məlumatına görə, Abha Beynəlxalq Hava Limanına və Ər-Riyaddakı Kral Xalid adına Beynəlxalq Hava Limanına hücumlar oktyabrın 6-sı və 7-də baş verib. "Abha Beynəlxalq Hava Limanına hücum nəticəsində Mərakeş və Əlcəzair vətəndaşı olan iki qadın həlak olub, 28 nəfər yaralanıb", - deyə idarənin bəyanatında bildirilib. Xəsarət alanlar arasında Səudiyyə Ərəbistanı, Banqladeş və Filippin vətəndaşlarının olduğu qeyd edilib. Ər-Riyaddakı Kral Xalid adına Beynəlxalq Hava Limanına hücum zamanı isə Sudan vətəndaşı həlak olub, daha səkkiz nəfər xəsarət alıb. Yaralananlar arasında beş Səudiyyə Ərəbistanı, iki Misir və bir Pakistan vətəndaşının olduğu bildirilib. Yaralıların vəziyyəti yüngüldən kritikə qədər qiymətləndirilir. Onların hamısı tibbi yardım göstərilməsi üçün xəstəxanalara çatdırılıb. Hakimiyyət orqanları obyektlərə maddi ziyan dəydiyini də qeydə alıblar.
Mənbə oxu.az

Oxşar Xəbərlər