İdman

Bu klubda maaşlar verilmir - AFFA yoxlamalar aparır

07 Oct 2026, 15:12 3 baxış
Bu klubda maaşlar verilmir - AFFA yoxlamalar aparır

“İmişli” klubunun akademiyasında çalışanlar aylardır maaş ala bilmirlər.


Axar.az Sportal.az-a istinadla xəbər verir ki, buna səbəb AFFA-nın ödəmələri etməməsidir.


Bu mövsümdən federasiya tərəfindən klub akademiyalarına ayrılan maliyyənin xərclənmə meyarları müəyyənləşib. Maaşlar, ekipirovka və s. xərclər AFFA-nın tərtib etdiyi bölgü üzrə aparılmalıdır. Artıq klublar əvvəlkitək pulu istədikləri şəkildə xərcləyə bilməyəcəklər.


“İmişli” ilə bağlı məsələ bir qədər fərqlidir. AFFA-nın İnkişaf Departamenti ötən mövsümün xərclərini incələyərkən uyğunsuzluqlar aşkarlayıb. Belə ki, klubun uşaq futboluna xərclədiyini göstərdiyi 450 min manatlıq hesabat federasiyaya şişirdilmiş rəqəm kimi gəlib.


AFFA-dan kluba bildirilib ki, ötən mövsümün hesabatlarının şəffaflığı tam araşdırılandan sonra bu mövsümün ödəmələrini etmək mümkün olacaq.

Mənbə axar.az

Oxşar Xəbərlər