Cəmiyyət
“Prado” VAZ-la toqquşdu: ölən var - Foto
Quba-Xaçmaz avtomobil yolunun Zərdabi qəsəbəsindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Axar.az Report-a istinadla xəbər verir ki, VAZ-2106 və "Toyota Prado" markalı minik avtomobilləri toqquşub.
Qəza nəticəsində bir nəfər aldığı müxtəlif dərəcəli bədən xəsarətlərindən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Mənbə
axar.az