Digər
Xanım sosial media fəalı haqda ölüm höküm çıxarıldı
İranın Rəzəvi Xorasan əyalətinin Cinayət Məhkəməsinin 6-cı bölməsi 23 yaşlı sosial media fəalı Nəcmə Əmini barədə ölüm hökmü verib.
Axar.az xəbər verir ki, bu haqda İranın “Xorasan” qəzeti məlumat yayıb.
O, sosial mediada “peyğəmbəri və imamları söymək”də ittiham olunub.
Hazırda Məşhədin Vəkilabad həbsxanasında saxlanılan qadın fəal yaydığı səs yazısında edam hökmünün özünə elan olunduğunu bildirib.
Mənbə
axar.az