İdman

Türkiyədə "hakimlər işi" baş katibin də sonu oldu

07 Oct 2026, 15:48 3 baxış
Türkiyədə "hakimlər işi" baş katibin də sonu oldu
Türkiyə Futbol Federasiyasının (TFF) baş katibi Abdullah Ayaz tutduğu vəzifəni tərk edib. Oxu.Az xəbər verir ki, bu barədə TFF-nin rəsmi saytında məlumat verilib. "Abdullah Ayaz vəzifəsindən getməsi ilə bağlı istefa ərizəsini quruma təqdim edib. İndiyədək göstərdiyi fədakar fəaliyyətinə görə minnətdarlığımızı bildirir və gələcək karyerasında ona uğurlar arzulayırıq", - deyə rəsmi açıqlamada bildirilib. Qeyd edək ki, Türkiyə futbolunda "Hakimlər işi" adlı böyük qalmaqal yaşanır. Daha əvvəl TFF-nin Hakimlər Komitəsinin sədri Ferhat Gündoğdu hakimlərlə bağlı araşdırma çərçivəsində həbs edilməsindən sonra vəzifəsindən istefa verib.
Mənbə oxu.az

Oxşar Xəbərlər