İdman
Azərbaycan millisi reytinq cədvəlində gerilədi
Azərbaycan millisi komandası FIFA-nın yeni reytinq cədvəlində bir pillə geriləyib. Oxu.Az xəbər verir ki, bu barədə dünyanın ali futbol təşkilatının rəsmi saytında məlumat verilib. Azərbaycan yığması 1 138.96 xalla 127-ci pillədə mövqe tutub. Reytinq cədvəlinə İspaniya başçılıq edir. Argentina ikinci, Fransa üçüncü sıradadır. Son oyunlarda ardıcıl məğlubiyyətlərlə üzləşən Türkiyə yığması isə dörd pillə geriləyərək, 31-cü yerdə qərarlaşıb.
Mənbə
oxu.az