Cəmiyyət

Deputat: "Seçicilərin əsas problemi vəkil tuta bilməməkdir"

07 Oct 2026, 15:40 3 baxış
Deputat: "Seçicilərin əsas problemi vəkil tuta bilməməkdir"
"Hər bir həmkarım təsdiq edər ki, bizə müraciət edən insanların bir çoxunun problemləri məhkəmə işləri, hüquqlarının müdafiəsi ilə bağlıdır". Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, deputat Hicran Hüseynova qurumun bugünkü iclasında deyib: "Dünən seçicilərlə keçirdiyim qəbulda 20 nəfərdən 15-nin problemi bu məsələlərlə bağlı idi. Əksəriyyəti də vəkil tuta bilməməkdən danışır, bunun çətin olmasını bildirir. Ona görə də insanların yanında olmaq lazımdır".
Mənbə oxu.az

Oxşar Xəbərlər