Digər
Türkiyədə Laçın barəsində istintaq başladıldı
Türkiyəli tanınmış aktrisa Berna Laçın barəsində Ankara Baş Prokurorluğu tərəfindən istintaq başladılıb.
Kult.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Məlumata görə, aktrisa sosial mediada “İzmir əvvəllər də işğal olunmuşdu, qorxmayın!” yazıb.
Onun haqqında “xalqı kin və düşmənliyə çağırmaq” ittihamı ilə istintaq başlanıb.
Qeyd edək ki, İzmir ilk dəfə AKP-nin nəzarətinə keçib. Belə ki, İzmir Böyükşəhər Bələdiyyəsinin başqanı Cəmil Tuqay CHP-dən istefa verib və AKP-yə daxil olub.
Mənbə
axar.az