Dünya

ABŞ İslandiyanın köməyi ilə Arktikada hərbi mövcudluğunu genişləndirir

07 Oct 2026, 11:12 3 baxış
ABŞ İslandiyanın köməyi ilə Arktikada hərbi mövcudluğunu genişləndirir
ABŞ Arktika regionunda hərbi iştirakını artırmaq niyyətindədir və bu məqsədlə İslandiya ilə əməkdaşlığı dərinləşdirməyi planlaşdırır. Oxu.Az xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb. Məqalədə qeyd olunur ki, ABŞ-nin Dövlət katibi Marko Rubio İslandiyaya səfəri zamanı rəsmi Vaşinqtonun təhlükəsizlik sahəsində tərəfdaşlığı genişləndirməyə hazır olduğunu bildirib. O, həmçinin ölkənin infrastrukturunu, texnoloji imkanlarını və müşahidə potensialını xüsusi vurğulayıb. "Birlikdə daha çox iş görməkdə maraqlıyıq", - deyə Rubio əlavə edib. Dövlət katibi əlavə edib ki, İslandiya ABŞ hərbçilərinə öz ərazisindən, hava məkanından və dəniz sularından istifadə etməyə imkan yaradır. Nəşrin yazdığına görə, İslandiyanın aerodromları, limanları və müşahidə infrastrukturu Qrenlandiya, eləcə də Şimali Atlantika ərazisindəki əməliyyatlar üçün istifadə oluna bilər.
Mənbə oxu.az

Oxşar Xəbərlər