İdman

"Qarabağ"ın hücumçusu "Olimpiakos"a keçə bilər

07 Oct 2026, 12:32 3 baxış
"Qarabağ"ın hücumçusu "Olimpiakos"a keçə bilər
"Qarabağ"ın futbolçusu karyerasını ölkə xaricində davam etdirə bilər. Oxu.Az İdmanxeber.az-a istinadən xəbər verir ki, söhbət Ağdam təmsilçisinin əvəzedici komandasında çıxış edən Əli İbrahimdən gedir. U-20 millimizin hücumçusu Yunanıstana yola düşəcək. Ə.İbrahim "Olimpiakos"un düşərgəsində baxışa yollanır. Əgər futbolçunun performansı bəyənilsə, oyunçu Afina klubunun əvəzedici həyətində çıxış edəcək. Xatırladaq ki, Əli İbrahim "Qarabağ"ın 19 yaşlılardan ibarət komandasında da çıxış edir. O, "köhlən atlar"ın heyətində UEFA Gənclər Liqasında da forma geyinib.
Mənbə oxu.az

Oxşar Xəbərlər