Cəmiyyət

Rəşid Mahmudov Elza Seyidcahanla davasından danışdı: "Onda dəlilik əlaməti var" - Video

07 Oct 2026, 12:40 2 baxış
Rəşid Mahmudov Elza Seyidcahanla davasından danışdı: "Onda dəlilik əlaməti var" - Video
Əməkdar artist Elza Seyidcahanın tibb elmləri namizədi Rəşid Mahmudova qarşı iddiası qismən təmin edilib. Yasamal Rayon Məhkəməsi R.Mahmudovun E.Seyidcahana mənəvi ziyana görə 500 manat ödəməsinə qərar verib. Rəşid Mahmudov sözügedən məsələ ilə bağlı Oxu.Az-a açıqlama verib. O, fikirlərini belə ifadə edib: "Mən demişəm ki, kim özünü başqasından üstün sayırsa, o, psixi xəstədir. Bu, kitabda yazılıb. Yalan deməmişəm". Xatırladaq ki, Rəşid Mahmudov RTV-yə verdiyi müsahibədə Elza Seyidcahanın ağzına gələni danışdığını bildirib: "Deyir, ağzını tikim və sair, ayıbdır. Özü də deyir, siz başa düşməzsiniz, mən başa düşürəm. Elza Seyidcahanda dəlilik, özünü böyütmək əlamətləri var. Şizofreniyanın forması var".
Mənbə oxu.az

Oxşar Xəbərlər