Siyasət

Azərbaycandan Ukraynaya humanitar yardım göndərildi - Foto

07 Oct 2026, 12:34 3 baxış
Azərbaycandan Ukraynaya humanitar yardım göndərildi - Foto
Azərbaycan Respublikası tərəfindən Ukraynaya humanitar yardım məqsədilə nəzərdə tutulmuş elektrik avadanlıqlarından ibarət növbəti yük Sumqayıt Texnologiyalar Parkının ərazisindən yola salınıb. Oxu.Az "Report"a istinadən xəbər verir ki, yardımın göndərilməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən, Energetika Nazirliyi tərəfindən təmin edilib. Ukrayna tərəfinin müraciəti əsasında təşkil edilən humanitar yükün tərkibinə ümumi dəyəri 2.5 milyon Azərbaycan manatı olan kabel, naqil, transformator və digər elektrik avadanlıqları daxildir. Qeyd edək ki, Azərbaycan bundan əvvəl də Ukraynaya elektrik təchizatı ilə bağlı humanitar yardımlar göndərib.
{{gallery}}
Azərbaycandan Ukraynaya humanitar yardım göndərildi - Foto Azərbaycandan Ukraynaya humanitar yardım göndərildi - Foto Azərbaycandan Ukraynaya humanitar yardım göndərildi - Foto Azərbaycandan Ukraynaya humanitar yardım göndərildi - Foto
Mənbə oxu.az

Oxşar Xəbərlər