İdman
Beynəlxalq Boks Assosiasiyası yeni turnirin yaradıldığını elan etdi: Qalib bir milyon dollar alacaq
Beynəlxalq Boks Assosiasiyası (IBA) 2027-ci ildə zərbə gücü üzrə dünya çempionatına start verəcək. Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə IBA prezidenti Umar Kremlyov mətbuat konfransında bildirib. "Biz gələn il zərbə gücü üzrə "Punch" yarışlarına start veririk. Çempionları müəyyənləşdirəcəyik, burada da pul mükafatları olacaq. Boks həvəskarlarının da iştirak edə bilməsi üçün zərbəni ölçən aparatları bütün dünyaya yayacağıq", - deyə Kremlyov qeyd edib. Kremlyov, həmçinin əlavə edib ki, növbəti dünya çempionatının mükafat fondu 20 milyon dollar təşkil edəcək, birinci yeri tutan boksçu isə bir milyon dollar mükafat alacaq.
Mənbə
oxu.az