İdman

İspaniya millisi Xorvatiyaya geridönüşlə qalib gəldi - Video

07 Oct 2026, 00:42 3 baxış
İspaniya millisi Xorvatiyaya geridönüşlə qalib gəldi - Video
UEFA Millətlər Liqasının qrup mərhələsinin IV turu çərçivəsində Xorvatiya millisi doğma meydanda İspaniya yığmasını qəbul edib. Oxu.Az xəbər verir ki, A Liqasının III qrupunda Split şəhərində keçirilən qarşılaşmada qonaqlar qalib gəliblər - 1:2.

İspanlara qələbə qazandıran hər iki qolu Mikel Merino (61 və 89-cu dəqiqələr) vurub. Xorvatların yeganə qolunun müəllifi isə İvan Perişiç (18) olub. Qeyd edək ki, İvan Perişiç 79-cu dəqiqədə qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub. Qrupda dörd oyundan sonra İspaniya millisinin 12 xalı var. Xorvatiya yığması isə 3 xal toplayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər