İdman
Bu mövsüm ən çox gəlir əldə edəcək futbolçular bəlli oldu - Siyahı
"Sportico" portalı 2026/27 mövsümünün yekunlarına əsasən ən çox gəlir əldə edəcək futbolçuların siyahısını dərc edib. Oxu.Az xəbər verir ki, birinci yeri "Ən-Nəsr"in hücumçusu Kriştianu Ronaldu tutub. Portuqaliyalı ulduza idman çıxışlarına görə 250 milyon dollar ödəniləcək, onun meydandankənar fəaliyyətdən gəlirləri isə 50 milyon dollar təşkil edəcək. Gəlir səviyyəsinə görə ilk 10 futbolçunun siyahısı: 1. Kriştianu Ronaldu ("Ən-Nəsr") - 300 milyon dollar (250 mln dollar meydanda + 50 mln dollar meydandan kənar); 2. Lionel Messi ("İnter Mayami") - 150 milyon dollar (75+75 mln dollar) 3. Kilian Mbappe ("Real Madrid") - 105 milyon dollar (70+35 mln dollar); 4. Erlinq Holand ("Mançester Siti") - 85 milyon dollar (60+25 mln dollar); 5. Vinisius Junior ("Real Madrid") - 67 milyon dollar (45+22 mln dollar); 6. Sadyo Mane ("Ən-Nəsr") - 54 milyon dollar (50+4 mln dollar); 7. Lamin Yamal ("Barselona") - 47 milyon dollar (35+12 mln dollar); 8. Cud Bellinqem ("Real Madrid") - 45 milyon dollar (29+16 mln dollar); 9. Harri Keyn ("Bavariya") - 42 milyon dollar (30+12 mln dollar); 10. Məhəmməd Salah ("Trabzonspor") - 40 milyon dollar (20+20 mln dollar).
Mənbə
oxu.az