Kriminal

Əri tərəfindən döyülən hamilə qadın uşağını itirdi

07 Oct 2026, 00:36 4 baxış
Əri tərəfindən döyülən hamilə qadın uşağını itirdi
Azərbaycanda hamilə qadın evdə əri tərəfindən döyülüb. Oxu.Az xəbər verir ki, bu barədə ginekoloq Şəfəq Kamilova sosial şəbəkə hesabında paylaşım edib. O bildirib ki, pasiyentlərindən biri, uzunmüddətli müalicədən sonra fiziki şiddətə məruz qalıb: "Dünən arzuolunan hamiləlik ailə münaqişəsinə qurban getdi. Oğlan qızı döyüb, evdə söz-söhbət... Qadından qan gəlib. Həkimə də aparmayıblar ki, düzələcək. Qızın anası gəlib aparıb klinikaya". Ginekoloqun sözlərinə görə, o, başqa həkimə getdikdə isə uşağı abort etmək lazım olduğu bildirilib: "Nəticədə qadın hamiləliyini sonlandırmağa və boşanmağa qərar verib. Nə qədər çalışsam da, qadını abortdan yayındıra bilmədim".
Mənbə oxu.az

Oxşar Xəbərlər