Dünya

İsrail pilotun hücumundan sonra "FlyDubai" sərnişin təyyarəsini vurmağa hazır olub

05 Oct 2026, 23:12 1 baxış
İsrail pilotun hücumundan sonra "FlyDubai" sərnişin təyyarəsini vurmağa hazır olub
İsrail hakimiyyəti pilotlardan birinin kapitana hücum etməsindən sonra Dubaydan Təl-Əvivə uçan "FlyDubai" sərnişin təyyarəsini vurmağa hazır olub. Oxu.Az "CBS News"a istinadən xəbər verir ki, İsraildə bu cür insidentlər zamanı tətbiq edilən çoxdan hazırlanmış prosedur mövcuddur. Həmin prosedur terror aktının qarşısını almaq məqsədilə qaçırılmış təyyarənin məhv edilməsini nəzərdə tutur. Təyyarənin göyərtəsində 150-dən çox İsrail vətəndaşının olması da bu qərarın qəbul edilməsinə maneə sayılmır. Telekanalın mənbələrinin məlumatına görə, təyyarə İsrailə müəyyən məsafədə yaxınlaşsaydı, İsrail qırıcıları İordaniyanın hava məkanına daxil olaraq təyyarəni yoxlayacaqdılar. Pilotlar kabinəni və sərnişin salonunu nəzərdən keçirəcək, təyyarənin qaçırıldığı və ekipajın radio əlaqəsinə çıxmadığı müəyyənləşsəydi, məsələ müdafiə naziri və baş nazirə təqdim ediləcəkdi. Protokola əsasən, kursundan yayınaraq İsrailə yaxınlaşan təyyarənin vurulması barədə qərarı yalnız baş nazir verə bilərdi. İsrail mənbələrinin məlumatına görə, sentyabrın 30-da təyyarəni ələ keçirməyə cəhd edən ikinci pilot Həmam əl-Həmmami layneri Ben-Qurion hava limanına çırpmağı planlaşdırıb. O, təyyarənin adi uçuşunu davam etdirdiyi təəssüratını yaratdıqdan sonra onu hava limanına yönəltmək niyyətində olub. Ben-Quriona çatmaq mümkün olmasaydı, təyyarəni İordaniyadakı ABŞ hərbi bazalarından birinə yönəltməyi planlaşdırdığı bildirilir. İsrailin 13-cü televiziya kanalının məlumatına görə, əl-Həmmami dindirmə zamanı Təl-Əvivə uçan "FlyDubai" reysini qəsdən seçdiyini bildirib. "FlyDubai"nin FZ1023 reysinin məhv edilməsi planının qarşısını alan əsas amillərdən biri kapitan Smit Maççharın müqaviməti olub. O, hücumçunun qarşısını alaraq kokpitin qapısını açıb. Bundan sonra sərnişinlər və ekipaj üzvləri əl-Həmmamini zərərsizləşdiriblər. İnsidentlə bağlı aparılan araşdırmada İsrailin "Mossad" əməkdaşları və aviasiya ekspertləri iştirak edirlər.
Mənbə oxu.az

Oxşar Xəbərlər