İdman

Fransa millisi belçikalıları qol vurduqlarına peşman etdi

06 Oct 2026, 00:54 2 baxış
Fransa millisi belçikalıları qol vurduqlarına peşman etdi
EFA Millətlər Liqasının qrup mərhələsinin növbəti oyunları keçirilib. Oxu.Az xəbər verir ki, oyun günündə ümumilikdə 8 qarşılaşma baş tutub. Turun mərkəzi görüşü A Liqasının I qrupunda Fransa və Belçika milliləri arasında keçirilib. Matç meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı qonaqlar açıblar. 35-ci dəqiqədə Dode Lukebakio fərqlənib. Lakin bundan sonra fransızlar rəqib qapısından dörd top keçirərək qələbəni təmin ediblər. Fransa millisinin heyətində Dezire Due (77), Rayan Şerki (81) və Maykl Olise (88, 90+1) qollar vurublar. Bu nəticədən sonra Fransa millisi qrupda keçirdiyi dörd oyunda 10 xal toplayıb. Belçika yığmasının hesabında isə 6 xal var. Günün digər qarşılaşmalarında aşağıdakı nəticələr qeydə alınıb: A Liqası, I qrup İtaliya - Türkiyə - 3:1. B Liqası, II qrup Şimali İrlandiya - Gürcüstan - 0:0; Ukrayna - Macarıstan - 1:2. B Liqası, IV qrup Bosniya və Herseqovina - Polşa - 1:0; Rumıniya - İsveç - 0:1. C Liqası, II qrup Kipr - Latviya - 2:1; Monteneqro - Ermənistan - 0:0.
Mənbə oxu.az

Oxşar Xəbərlər