Kriminal

Yük maşını elektrik dirəklərinə çırpıldı, kənd işıqsız qaldı

05 Oct 2026, 23:06 2 baxış
Yük maşını elektrik dirəklərinə çırpıldı, kənd işıqsız qaldı

Lənkəranda idarəetmədən çıxan yük avtomobili əvvəlcə elektrik dirəklərinə çırpılıb, daha sonra kanala aşıb.


Axar.az xəbər verir ki, hadisə axşam saatlarında Lənkəran–Boradigah–Masallı yolunun Lənkəran rayonunun Cil kəndi ərazisindən keçən hissəsində baş verib.


Belə ki, Cəlilabad rayon sakini Şirin Mirzəyev idarə etdiyi “Mersedes Atego” markalı yük avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı elektrik dirəklərinə çırpılıb və daha sonra kanala aşıb.


Qəza nəticəsində Cil kəndi və Şağlaser kəndinin bir hissəsinə elektrik enerjisinin verilişi dayanıb.


Avtomobilin kanaldan çıxarılması ilə əlaqədar Lənkəran–Boradigah magistral yolunda hərəkət bir neçə saat qismən məhdudlaşdırılıb. Bu isə yolda nəqliyyat sıxlığının yaranmasına səbəb olub.


İlkin ehtimala görə, qəzanın baş verməsinə yağışlı hava şəraiti təsir edib.


Hadisə nəticəsində sürücü xəsarət almayıb. Avtomobilə ciddi ziyan dəyib.


Faktla bağlı araşdırma aparılır.

Mənbə axar.az

Oxşar Xəbərlər