Digər

"Şarl de Qoll"da yanğın baş verdi

06 Oct 2026, 00:23 2 baxış
"Şarl de Qoll"da yanğın baş verdi

Fransa Hərbi Dəniz Qüvvələrinin Tulon limanında texniki xidmətdə olan “Şarl de Qoll” aviadaşıyıcısında yanğın baş verib.


Axar.az xəbər verir ki, Fransa Hərbi Dəniz Qüvvələrinin məlumatına görə, yanğın oktyabrın 5-i səhər saatlarında gəminin texniki otaqlarından birində qeydə alınıb


Yanğına qazla bağlı görülən işlərin səbəb ola biləcəyi bildirilir. Alovu bir saat sonra lokallaşdırmaq mümkün olub, daha bir saat sonra isə yanğının tam söndürüldüyü açıqlanıb.


Hadisə nəticəsində xəsarət alan olmayıb, aviadaşıyıcının reaktor avadanlıqlarında hər hansı zədələnmə qeydə alınmayıb.


“Şarl de Qoll”un Tulondakı texniki xidmətinin dekabrın əvvəlinədək başa çatdırılması planlaşdırılır.

Mənbə axar.az

Oxşar Xəbərlər