İdman
Böyük futbol axşamı: Fransa Belçikaya, İtaliya Türkiyəyə qarşı
Bu gün UEFA Millətlər Liqasında qrup mərhələsinin növbəti qarşılaşmaları keçiriləcək. Oxu.Az xəbər verir ki, bu oyun günündə 8 matç baş tutacaq. A Liqasının I qrupunda Fransa millisi Belçikanı qəbul edəcək, İtaliya isə Türkiyə ilə qarşılaşacaq. B Liqasının II qrupunda Şimali İrlandiya Gürcüstanla, Ukrayna isə Macarıstanla üz-üzə gələcəklər. B Liqasının IV qrupunda Bosniya və Herseqovina Polşanı qəbul edəcək, Rumıniya isə İsveçlə qarşılaşacaq. C Liqasının II qrupunda Kipr - Latviya, Monteneqro - Ermənistan görüşləri baş tutacaq. UEFA Millətlər Liqası 5 oktyabr A Liqası, I qrup 22:45. Fransa - Belçika; 22:45. İtaliya - Türkiyə. B Liqası, II qrup 22:45. Şimali İrlandiya - Gürcüstan; 22:45. Ukrayna - Macarıstan. B Liqası, IV qrup 22:45. Bosniya və Herseqovina - Polşa; 22:45. Rumıniya - İsveç. C Liqası, II qrup 20:00. Kipr - Latviya; 22:45. Monteneqro - Ermənistan.
Mənbə
oxu.az