Digər
İrandan ABŞ-a: Ya təslim olun, ya da...
ABŞ ya İran diplomatlarının şərtlərini qəbul etməlidir, ya da Tehranının raket potensialı ilə üzləşməli olacaq.
Axar.az xəbər verir ki, bunu İran parlamentinin təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü İbrahim Rzayi deyib.
“Amerikalılara münasibətdə mövqeyimiz tamamilə aydındır. Amerikalılar ya diplomatlarımız qarşısında təslim olmalıdır, ya da İran raketləri qarşısında geri çəkilməlidirlər. İran tərəfinin Vaşinqtona təklif edə biləcəyi başqa yol və ya başqa variant yoxdur”, – o bildirib.
Mənbə
axar.az