Digər

Netanyahudan xəbərdarlıq: Britaniyanı itirə bilərik!

05 Oct 2026, 08:30 4 baxış
Netanyahudan xəbərdarlıq: Britaniyanı itirə bilərik!

İsrailin Baş naziri Benyamin Netanyahu ölkələr arasında münasibətlərin pisləşməsi fonunda Britaniyanı təcrid olunmuş dövlətlə müqayisə edib.


Axar.az xəbər verir ki, bu barədə “Deyli Meil” məlumat yayıb.


Netanyahunun sözlərinə görə, Britaniya hökuməti öz siyasi elektoratının dəstəyini qazanmağa çalışaraq İsrailin düşmənlərini razı salmaq yolunu tutub:


“Bu, (Britaniya) nəzarətdən çıxıb. Təcrid olunmuş dövlət kimi”.


Netanyahu həmçinin Britaniya hakimiyyətini İran və onun müttəfiqlərinə qarşı mübarizə aparmaq əvəzinə, İsraili tənqid etməkdə ittiham edib:


"Lakin ölkələr arasında fikir ayrılıqlarına baxmayaraq, İsrail Britaniyanı hələ də müttəfiqi hesab edir".


İsrailin baş naziri Britaniya hakimiyyətini ölkəyə qanunsuz miqrant axınına görə də tənqid edib:


"Britaniya sərhədlərinə nəzarəti bərpa etməsə, “Britaniyanı itirə bilər”. Ölkənin hələ də özünə gəlib İsraillə münasibətləri bərpa etməsi üçün vaxtı var".

Mənbə axar.az

Oxşar Xəbərlər