Digər

Üç ölkə Ay uğrunda mübarizəyə başlayır

05 Oct 2026, 07:00 5 baxış
Üç ölkə Ay uğrunda mübarizəyə başlayır

ABŞ, Çin və Rusiya Ay üzərində nəzarət uğrunda mübarizəyə başlayır.


Axar.az xəbər verir ki, bu barədə "Nyu York Tayms" məlumat yayıb.


Məlumata görə, NASA podratçı şirkətlərə Aya uçuşa tab gətirə və Ayın səthində fəaliyyət göstərə biləcək nüvə reaktorunun hazırlanması ilə bağlı müraciət edib:


"Çin və Rusiya isə Ayın tədqiqi üzrə birgə layihələr hazırlayır. Bu layihələrdə nüvə enerjisi sahəsində əsas rol Rusiyaya həvalə olunur. Bu yarış kosmik tədqiqatların gələcəyini müəyyənləşdirir. ABŞ və Çin Ayda ilk bazanı yaratmağa, donmuş su kimi resursları axtarmağa və Günəş sisteminin daha uzaq ərazilərinə missiyalar göndərməyə çalışırlar. Ayın resurslarına çıxışa nəzarət bu missiyanın həyata keçirilməsi üçün həlledici əhəmiyyət daşıyır. Hər iki fövqəldövlət nüvə reaktorunu bu ambisiyaların reallaşdırılmasının əsas elementi hesab edir”.

Mənbə axar.az

Oxşar Xəbərlər