İdman

Portuqaliya 1/4 finala vəsiqə qazandı

05 Oct 2026, 01:38 3 baxış
Portuqaliya 1/4 finala vəsiqə qazandı

Portuqaliya millisi UEFA Millətlər Liqasının qrup mərhələsinin dördüncü turunda Norveçi 2:1 hesabı ilə məğlub edərək dörddəbir finala vəsiqəni təmin edib.


Axar.az xəbər verir ki, Portuqaliya yığmasının heyətində qolları Joao Kanselo (38-ci dəqiqə) və Qonsalo Ramos (79) vurub. Norveçin yeganə qoluna isə Kristoffer Ayer (36) imza atıb. Portuqaliyalı Fransisku Konseysao 86-cı dəqiqədə meydandan qovulub.


Bu qələbədən sonra 12 xala çatan Portuqaliya 4-cü qrupda liderliyini qoruyub və dörddəbir finala yüksələn ilk komanda olub. Norveç 3 xalla sonuncu pillədədir. Danimarka 6 xalla ikinci, Uels isə 3 xalla üçüncü yerdə qərarlaşıb.


Növbəti turda Portuqaliya noyabrın 14-də Danimarkanı qəbul edəcək. Eyni gün Norveç Uelslə qarşılaşacaq.


Qeyd edək ki, Elit Divizionun hər qrupunda ilk iki yeri tutan komandalar dörddəbir finala vəsiqə qazanır.

Mənbə axar.az

Oxşar Xəbərlər