İdman
Portuqaliya millisi Norveçi üstələdi - Video
UEFA Millətlər Liqasının IV turunda Portuqaliya Norveç üzərində qələbə qazanıb, Danimarka isə Uelsi məğlub edib. Oxu.Az xəbər verir ki, Portuqaliya doğma meydanda Norveç yığmasını 2:1 hesabı ilə üstələyib.
Portuda keçirilən qarşılaşmada hesabı 36-cı dəqiqədə Norveçin müdafiəçisi Kristoffer Ayer açıb. Cəmi iki dəqiqə sonra Joau Kanselu hesabı bərabərləşdirib. Portuqaliya 79-cu dəqiqədə Qonsalu Ramuşun qolu ilə hesabda önə keçib. Portuqaliya 4 turdan sonra 12 xalla A Liqasının 4-cü qrupunda liderdir. Norveç isə 3 xalla üçüncü pillədə qərarlaşıb. Digər oyunda Danimarka səfərdə Uelsə minimal hesabla qalib gəlib. Kardiffdə keçirilən görüşdə yeganə qol 75-ci dəqiqədə Rasmus Hoylund tərəfindən vurulub. Bu qələbədən sonra Danimarka 4 turdan sonra 6 xalla qrupda ikinci pilləyə yüksəlib. Günün digər nəticələrini təqdim edirik: UEFA Millətlər Liqası 4 oktyabr A Liqası, II qrup 22:45. Yunanıstan - Almaniya - 0:0; 22:45. Niderland - Serbiya - 2:1. B Liqası, III qrup 20:00. Kosovo - Avstriya - 1:1; 22:45. İrlandiya - İsrail - 1:1. D Liqası, I qrup 20:00. Malta - Andorra - 1:0. D Liqası, II qrup 17:00. Azərbaycan - Litva- 1:0.

Mənbə
oxu.az