Dünya
Rusiya Ukraynaya qarşı yeni növ drondan istifadə etdi
Rusiya Silahlı Qüvvələri ilk dəfə Ukraynaya qarşı reaktiv pilotsuz uçuş aparatında elektrik ötürücü xətləri və körpü konstruksiyalarını məhv etmək üçün hazırlanmış yeni tip döyüş başlığından istifadə edib. Oxu.Az xəbər verir ki, bu barədə Ukrayna prezidentinin müdafiə sahəsində texnoloji istiqamətlərin inkişafı üzrə müşaviri Sergey Beskrestnov "Fleş" ləqəbi ilə "Telegram" kanalında məlumat verib. Onun sözlərinə görə, reaktiv PUA-da ilk dəfə kəsici-kumulyativ xüsusi yüklü döyüş başlığından (KRSN) istifadə olunub. "Belə bir döyüş başlığı xüsusi olaraq yüksəkgərginlikli dayaqların və dəmir körpü konstruksiyalarının məhv edilməsi üçün yaradılıb", - deyə Beskrestnov yazıb. Müşavir bildirib ki, Rusiya tərəfi bundan sonra mühüm yüksəkgərginlikli elektrik ötürücü xətlərinə qarşı da belə PUA-lardan istifadə edə bilər. Bu, onun ehtimalı kimi təqdim olunub. Qeyd edək ki, son günlər Rusiya Silahlı Qüvvələrinin Ukraynanın energetika infrastrukturuna zərbələri artıb. Bildirilir ki, sentyabrın 30-na keçən gecə Kiyevdə enerji infrastrukturunun dörd obyekti hücuma məruz qalıb.
Mənbə
oxu.az
Oxşar Xəbərlər