Dünya
Rüttedən İranla bağlı sərt çıxış: "Bunu amerikalılar yox, biz etməli idik"
NATO-nun baş katibi Mark Rütte İranı Avropanın "arxa həyəti" adlandırıb. Oxu.Az TASS-a istinadən xəbər verir ki, Rütte İranla müharibəyə ABŞ-nin deyil, Avropanın başlamalı olduğunu bildirib və gələcəkdə bunun avropalılar tərəfindən edilə biləcəyini deyib. NATO-nun baş katibi bu fikirlərini Brüsseldə keçirilən hərbi-kosmik konfransda səsləndirib. "İranın İsrail üçün deyil, həm də Avropa üçün potensial təhlükəyə çevrilə biləcək nüvə imkanlarına zərbə endirmək yalnız ABŞ-nin imkanları daxilində idi", - deyə baş katib bildirib. "Amma bunu amerikalılar deyil, biz avropalılar etməli idik", - deyə o, İrana endirilən zərbələrdən danışarkən qeyd edib. "Bundan əlavə, Qırmızı dənizdə husilərə zərbələri də məhz biz endirməli idik", - deyə Rütte əlavə edib. O, Avropa ölkələrinin müdafiə sahəsinə etdiyi yeni investisiyaların - əvvəlcə 3.5 faiz, daha sonra isə 5 faiz həcmində - gələcəkdə avropalılara öz "arxa həyətlərinin" təhlükəsizliyini müstəqil şəkildə təmin etməyə imkan verəcəyini bildirib. "Bundan sonra Avropa bunu özü edəcək", - deyə Rütte vurğulayıb. Bununla belə, NATO-nun baş katibi alyansdakı bütün ölkələrin bu yanaşmanı bölüşmədiyini etiraf edib. O, bununla bağlı "məni maraqlandırmır" ifadəsini işlədib. Eyni zamanda, Rütte müharibə nəticəsində enerji daşıyıcılarının qiymətinin artması və Ukraynada hava hücumundan müdafiə vasitələrinin çatışmazlığı kimi kəskin problemlərlə üzləşən Avropanın nə etməli olduğu barədə suala birbaşa cavab verməyib.
Mənbə
oxu.az