Dünya
Türkiyədə 15 milyardlıq fırıldaq: İş adamının həbsinə order verildi
Türkiyədə fond bazarındakı əməliyyatların təhqiqatı çərçivəsində iş adamı Cengiz Avcının həbsinə order verilib. Oxu.Az bu barədə DHA agentliyinə istinadən xəbər verir. Avcının son bir ildə yalnız ODINE şirkətinin səhmlərindən təxminən 15 milyard lirə qazandığı, bu məbləğin 12 milyard lirəsinin nağd pula çevrilərək xaricə köçürüldüyü müəyyən edilib. Biznesmenin bank hesablarına, daşınar və daşınmaz əmlakına, habelə müəyyən edilmiş digər var-dövlətinə həbs qoyulub.
Mənbə
oxu.az