Cəmiyyət
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Sentyabrın 30-da paytaxtın bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq. Oxu.Az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb. Qeyd olunub ki, təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Nəsimi rayonunun A.Məhərrəmov, 20 Yanvar, M.Cəfərov və Cavadxan küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
Mənbə
oxu.az